İlham Əliyev Bakıdakı hakimlərlə bağlı qərar verdi - Sərəncam

İlham Əliyev Bakıdakı hakimlərlə bağlı qərar verdi - Sərəncam

Prezident növbəti sərəncam imzalayıb

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Siyavuş Həbib oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

İlham Ağa oğlu Mahmudov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;

Səadət Rəşid qızı Səlimova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib;

Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilib;

Rəşad Məhəmməd oğlu Həsənov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi təyin edilib;

Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilib;

Kəramət Fətəli oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Anar Adil oğlu Qasımov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Leyla Oruc qızı Talıbova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Anar Firdovsi oğlu İbrahimov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib;

Emin Əlixan oğlu Mehdiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib;

Vaqif İskəndər oğlu Həsənov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib;

Zülfüqar Əhməd oğlu Sadiqov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib;

Elman Tofiq oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib;

Rəfayil Əfraddin oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilib;

Abbas Baba oğlu Əliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib;

Nurəddin Abuzər oğlu Bağırov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sabirabad Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər