“Trilogiya yaratmaq niyyətindəyəm”
Rusiya İnformasiya-mədəniyyət mərkəzində fentezi janrında yazan gənc yazıçı Timur Azisovun “Aksilon” - artefaktlar haqqında əfsanə”kitabının təqdimatı keçirilib.
Tədbir "Tatarıstan" İctimai birliyi ilə birgə təşkil olunub.
Məzmun
“Aksilon” - artefaktlar haqqında əfsanə” - xeyir və şər haqqında bu kitabda iki güclü qüvvənin qarşıdurması - işıq və zülmətin döyüşü ətraflı təsvir edilir. Aksilon cəngavər və maqlar dünyasıdır.
İstedadlı gənc haqında bir neçə kəlmə
Timur Аzisov animator işləyir və kompüter oyunlarının yaradılması ilə maraqlanır. O, artıq vətənpərvərlikdən başayıb nağılla bitən müxtəlif mövzularda 4 kompyuter oyunu yaradıb. Tədbirdə Timur öz kitabını videotəqdimat formatında təqdim edib.
"Oxumağı çox sevirəm. Mənə fentezi janrı daha yaxındır. Bu janrda yazılan bir neçə kitab oxuyandan sonra məndə yazıçılığa cəhd etmək həvəsi yarandı. Mən hamını heyran edəcək və maraqlı bir kitab yazmağı qarşıma məqsəd qoydum. Bu kitabın yazılması üçün düz iki il vaxt sərf elədim. İlham mənbəyim isə Tolkienin “Hobbit” və “Üzüklərin hökmdarı”, Roulinqin Harri Potteri idi. Qarışıq məzmunda yazılmasına baxmyaraq kitab çox oxunaqlıdır və yalnız yaşlı oxucuları üçün nəzərdə tutulmayıb”, - deyə Timur Azisov Bakucity.az ilə bölüşüb.
Təqdimat mərasimində Rossotrudniçestvo nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, “Tatarıstan” İctimai birliyinin sədri Abas Minyaşev və “Rus dilinin dünyada səfirləri” beynəlxalq könüllülük proqramının üzvləri fəal iştirak ediblər.
Tədbirin sonunda kitabın video təqdimatı ilə yanşı, əsərin süjeti əsasında yaradılan oyunun demoversiyası da nümayiş etdirilib. Bonus isə qaliblərin qiymətli mükafatlar aldığı maraqlı viktorina olub.