Bakıda Beynəlxalq "Marketinq Sammiti" keçirilir

Bakıda Beynəlxalq "Marketinq Sammiti" keçirilir, Javid

Sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirir

Bakucity.az xəbər verir ki, "Marketinq Sammiti" layihəsinin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin "Strateji Yol Xəritəsi"ndə vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olmasının qarşılıqlı müzakirə edilməsidir.

Bildirilib ki, sammit biznesin inkişafına istiqamətlənmiş qlobal tədbirdir və bu ilki sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirir. Tədbir qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalanma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarla sinerji effektinə nail olaraq milli iqtisadiyyatın inkişafına töhfə verəcək.

Tədbir zamanı Azərbaycan, Gürcüstan və Türkiyədən olan 7 spiker destinasiya marketinqi, elektron ticarət, logistika, dijital marketinq və brendinq kimi vacib mövzular haqqında fikirlərini bölüşəcəklər. (Report)

Bakucity.az

Marketinq sammiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər