Bakıda yeniyetmə yol qəzası törədib, ölən var

Bakıda yeniyetmə yol qəzası törədib, ölən var, Javid

Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur

Bakucity.az xəbər verir ki, dekabrın 21-də saat 19 radələrində Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub. 

Yaralı yerləşdirildiyi xəstəxanada ölüb. 

Hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o, saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur. (report)

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər