Bakıda yeniyetmə vəzifəli şəxsi vurub öldürdü

Bakıda yeniyetmə vəzifəli şəxsi vurub öldürdü

Hadisəni törədən şəxsin 16 yaşı var.

Bakucity.az xəbər verir ki, dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az əldə etdiyi məlumata görə, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobilin vurub öldürdüyü Süleymanlı Ləman Rafiq qızı banklardan birində yüksək vəzifədə çalışırmış. Belə ki, L.Süleymanlı “AzərTürkBank”da şöbə rəisi vəzifəsini tuturmuş.

Hadisə o, işdən evə qayıdarkən baş verib.  

Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub.

Report-un 22 dekabrda verdiyi məlumata görə isə Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər