Bakıda “Şöhrət” ordenli jurnalistin kitabı təqdim edildi

Bakıda “Şöhrət” ordenli jurnalistin kitabı təqdim edildi

"İnsanlar, hadisələr və tarix".

Bakucity.az xəbər verir ki, Bakıda Miniatür Kitab Muzeyində Elmira Əliyevanın rus dilində yazdığı "İnsanlar, hadisələr və tarix" kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində muzeyin yaradıcısı, Əməkdar Mədəniyyət İşçisi  Zərifə Salahova çıxış edərək təqdim edilən əsərin görkəmli jurnalistin sayca dördüncü kitabı olduğunu bildirib. 

O, qeyd edib ki, Elmira Əliyeva ilə uzun müddətdir əməkdaşlıq etməsindən çox məmnundur. Elmira Əliyevanın nəşr etdirdiyi topluya Azərbaycan xalqı, onun Vətənə şərəf gətirən qəhrəmanları haqqında ecazkar hekayələri daxil edilib. 

Elmira Əliyeavnın əsərlərinin qəhrəmanları həmişə insanlar, onların fəaliyyəti, problemləri və həyatlarının müxtəlif səhifələridir. Onun dolğun hadisələr zənciri və geniş analizdən ibarət işlərində bütün Azərbayacan tarixi əks olunub. 

Buna görədə onun məqalələrinin qəhrəmanları həmişə yadımızda qalacaq. 

Hazırladı: Cəmilə Amirova

Bakucity.az

Elmira Əliyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər