Bakının qeyri-adi kafe və restoranları - ARAŞDIRMA

Paytaxtda standartdan kənar istirahət sevənlərin gedəcəyi məkanlar

Paytaxt Bakıda son illər çox sayda restoran və kafelər açılıb. Onlardan bəziləri dəbdəbəsi, xidməti ilə öyünsələr də, bəziləri də var ki, qeyri-standart xüsusiyyətləri ilə diqqət cəlb edirlər. Bu məkanlardan bəziləri şəhər sakinləri arasında çox populyardır, həmçinin buraları çox sayda turist də ziyarət edir. Bakucity.az-ın növbəti araşdırması paytaxt Bakının qeyri-standart kafe və restoranları haqqındadır.  

Qeyri-standart yanaşma?

“Apartment 9” anti-kafesinin kifayət qədər maraqlı konsepsiyası var. Kafenin inzibatçısının sözlərinə görə, qonaqlar öz yeməkləriylə müəssisəyə gələ və oturduqları müddətin pulunu ödəməklə, istədikləri qədər istirahətdən həzz ala bilərlər. Məkanda qiymət adambaşına 4 manatdan başlayır, sonra hər saat üçün 2 manat əlavə pul vermək lazımdır. Ziyarətçilər kafedə çay, qəhvə və şirniyyat sifariş edə bilərlər. İnzibatçının sözlərinə görə, onlar həmçinin müştərilərə müxtəlif stolüstü oyunlar, “playstation” və  karaoke də təklif edirlər. 

“Boho Ted Room”un inzibatçısı Aygün Salehova saytımıza açıqlamasında bildirib ki, kafeyə əsasən çay və şərab həvəskarları gəlirlər.  Bu müəssidə Almaniya istehsalı olan Althaus çayının 40 növünü tapmaq olar. Məkanda bir şüşə şərabın qiyməti 12 manatdan başlayır. “Boho Ted Room”un bənzərsiz interyeri var, tavanlarda əllə hazırlanmış müxtəlif ölçülü və formalı, məsələn çaydan görünüşlü abajurlar  asılıb. Kafenin daha bir fərqi - qapalı kiçik bağçasıdır. “Boho Ted Room”un əməkdaşının sözlərinə görə, müştərilər bağçada ilin istənilən mövsümündə oturmağı sevirlər.

“Old School - cafe and shop” kafesinin da çox qeyri-standart yanaşması var. İnzibatçının sözlərinə görə, retro üslubundakı kafedə müştərilər nostalji ab-havadan zövq ala bilərlər. Kafe qeyri-adi retro əşyalarla zəngindir. Burada çay və qəhvə ilə yanaşı, maraqlı əntiq əşyalar da almaq olar.

“Yuka Kaiten Sushi” restoranından bizə bildirdilər ki, bu məkanda başqa heç bir yerdə dadmayacağınız özəl suşilər və təamlar var. Suşi təqdim olunan bar da qeyri-standartdır: belə ki, burada təamlar suda üzən taxta gəmilərdə verilir.

Paytaxtın ən qeyri-standart restoranlardan biri kimi "Partizan"ın da adını çəkmək olar. Məkanın əsas fərqi restoran-muzey olmasıdır. Burada  İkinci Dünya müharibəsi dövrünə aid çoxlu eksponat görmək olar: qəzetlər, plakatlar, Stalinin portretləri, hətta avtomatlar və s. Menyu da həmin dövrün təamlarından  ibarətdir, ancaq bura düşmək asan məsələ deyil! Restoranın qapısı ağzında sizi “silahlı” əsgər qarşılayır, əgər parolu deməsəniz, sizi içəri buraxmırlar. Yeri gəlmişkən, şifrəni əldə etmək o qədər də çətin deyil: masa sifariş etmək üçün zəng vurmağınız kifayətdir,  sizə şifrəni zəng zamanı deyirlər.

“Hollywood Cinema Club” restoranından öyrəndik ki, məkanın hər birinin öz tematik dizaynı olan 5 şöbəsi var: ABŞ ştatları şöbəsi  və müxtəlif ölkələrin paytaxtları, avtomobillər, güllərlə bəzədilmiş daha 2 şöbə mövcuddur. Bu müəsisədə böyük ekranda müxtəlif filmlərə də baxmaq olar.

“90-lar” kafesində 90-ci illərin ab-havası yaradılıb. Məkanın mebelləri, müxtəlif interyer əşyaları qonaqları həqiqətən də 90-cı illərə aparır. Burada ziyarətçilər domino oynaya və təamlardan həzz ala bilərlər. 

Zirvədəki restoranlar

Paytaxtımızda böyük panoramalı pəncərəli yüksək mərtəbələrdə yerləşən maraqlı restoranlar da mövcuddur. Onlardan biri də “360 Bar”dır (Hilton Baku). Yerli sakinlər və turistlər arasında məşhur olan bu bar panoramalı pəncərələrə malikdir və  öz oxu ətrafında 360 dərəcə fırlanır.

Oxşar konsepsiya televiziya qülləsinin zirvəsində olan "Teleqüllə"də də mövcuddur. Bu restoran paytaxt üzərində 340 metr yüksəklikdə fırlanır.  Retoranın  geniş dəhlizindən içəri giriş üslubu da maraqlıdır. 

“Gate 25” restoranının inzibatçısı Elnur Heybətov Bakucity.az-a açıqlamasında  onların müəssisəsinin  25-ci mərtəbədə yerləşdiyinə görə fərqləndiyini bildirib. Bu isə paytaxtın mənzərəsini seyr etməkdən zövq almağa imkan verir. Bundan başqa, restoran təbii bitki və ağaclarla zəngindir ki, bu da parkda olduğunuz ovqatını  yaradır.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Anti-kafe Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...