Vergi Məcəlləsində maraqlı məqamlar var.
Bakucity.az xəbər verir ki, ƏDV-nin differensiallaşması ilə bağlı artıq ilk addım atılıb və elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub.
Millət vəkili Tahir Mirkişlinin verdiyi məlumata görə, 2019-cu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.
Həmçinin, tibbi ləvazimatlara tətbiq edilən ƏDV differensiallaşdırılacaq. (Oxu.az)
Bakucity.az