Bakıda bu marşrutda yeni avtobuslar istifadəyə veriləcək - FOTO

Bakıda bu marşrutda yeni avtobuslar istifadəyə veriləcək - FOTO, Javid

Gələn il ölkəyə 300 avtobus gətiriləcək.

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) "Neftçilər" metro stansiyasından Yeni Günəşli qəsəbəsi istiqamətindəki 64 saylı müntəzəm marşrut xətti üçün 20 yeni avtobus istifadəyə verəcək.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində bildirib.

“Həmin marşrut xətti üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından BNA onunla imzaladığı müqaviləyə xitam verib, başqa daşıcı ilə müqavilə imzalayıb. Dəfələrlə Agentliyə 64 saylı marşrut üzrə sərnişindaşımanın keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülərin avtobusları idarə etməsi, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də müqaviləyə xitam verilib. Yeni avtobuslar yaxın günlərdə xəttə buraxılacaq, 4 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb, kart sistemi hələlik tətbiq olunmayıb”, - deyə o, qeyd edib.

Bundan başqa, M.Ağayevin sözlərinə görə, BNA gələn il ölkəyə daha 300 avtobus gətirəcək: “Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək”. (Report)

Bakucity.az

Avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər