"Səbail"in baş məşqçisi: "Bəzi futbolçulara xəbərdarlıq olunub"

"Səbail"in baş məşqçisi: "Bəzi futbolçulara xəbərdarlıq olunub"

Abakarov və Tamazi Tsetsxladze komandamızdan ayrıla bilər.

Bakucity.az-ın bildirdiyinə görə, bunu "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev deyib. O, bu qərarı hər iki legionerin daha az oynamaları səbəbindən qəbul etdiklərini bildirib:

"Klub tapılmasa, onlar komandada qalacaqlar. Hər iki oyunçunun "Səbail"lə müqavilələri var. Daha çox oynamaları üçün deyirik başqa komandada özlərini sınasınlar".

O, həmçinin bildirib ki, heyətləri çox da geniş deyil:

"Yeni oyunçu əldə etməyincə, kimlərləsə yollarımızı ayırmağı düşünmürük. Qış fasiləsində oyunçu almağın çətin olduğunu hamı bilir" deyə əlavə edib.  

Baş məşqçi hazırda yeni oyunçu axtarışında olduqlarını sözlərinə əlavə edib: "Onların aralarında yerli və əcnəbi futbolçular da var. Amma bəyəndiyimiz oyunçuların da klubları ilə müqavilələri var. Bu yöndə danışıqlarımız davam edir. İstədiyimiz legionerlər digər ölkələrdə çıxış edənlərdir. Komandamıza hücumçu və mərkəz müdafiəçiləri cəlb etməyi istəyirik".

Gənc mütəxəssis Azərbaycan Premer Liqasında mövsümün ilk yarısının sonlarında cəzalandırdığı Ruslan Qurbanovla iki qırmızı vərəqə alan Tome Kitanovskiyə ciddi xəbərdarlıq etdiklərini də diqqətə çatdırıb:

"Təkcə Ruslanla yox, digər futbolçulardan bəziləri ilə də özlərini yaxşı tərəfdən göstərmədikləri üçün söhbətim olub. Heç kiminlə yollarımızı ayırmağı düşünmürük, amma bütün futbolçulara bu barədə xəbardarlıq olunub. Kitanovski kubukun 1/4 final mərhələsinin ilk oyununda qırmızı vərəqə aldı və cavab matçında iştirak edə bilmədi. Buna görə ona da xəbardarlıq etmişik". 

Bakucity.az

Primer Liqa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər