Eldar Əzizov: Bakının yeni baş planı hazırlanır

Eldar Əzizov: Bakının yeni baş planı hazırlanır, Javid

Sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur

Bakucity.az xəbər verir ki, Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.

Bunu “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib.

E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtomobillərin sayı iki dəfə artaraq 663 minə çatıb. O bildirib ki, prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. (Oxu.az)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər