Jurnal Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub
Bakucity.az xəbər verir ki, dekabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Mədəniyyət.az” jurnalının xüsusi buraxılışının təqdimatı olub.
Təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək jurnalın önəmindən danışıb. Qeyd edilib ki, budəfəki nömrənin özəlliyi Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılış şəklində dərc olunmasıdır. Məhz buna görə də jurnalda XX əsrin başlanğıcında regionda gedən proseslər, həmin zəmində ölkəmizin suverenliyi üçün tarixi şəraitin yetişməsi, ürəklərdə yaşayan azadlıq ideyalarının siyasi səhnəyə daşınması, Şərqdə ilk dəfə demokratik dövlət quruculuğu, onu yaradan şəxsiyyətlərin həyat və fəaliyyəti, bolşevik işğalından sonrakı aqibətləri və mühacirətdəki taleləri barədə sanballı, elmi-tədqiqat səpkili yazılara geniş yer verilib.
Jurnalın baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva təşkilatçılara və iştirakçılara təşəkkür edib. (AzərTac)
Bakucity.az