Polis Bakıda fişənglərlə bağlı reydlər keçirdi

Polis Bakıda fişənglərlə bağlı reydlər keçirdi, Javid

5000 manatadək inzibati cərimə nəzərdə tutulur.

Paytaxtda insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər keçirilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə,  13-19 dekabr tarixlərində keçirdikləri reydlər zamanı paytaxtın Qaradağ, Xətai rayonları ərazisində 6 ticarət obyektindən ümumilikdə 21 390 ədəd, müxtəlif markalı və təyanatlı partlayıcı oyuncaq və pirotexniki vasitələr – odlu sayrışan fişənglər aşkarlanaraq götürülüb. 

Ticarət mərkəzlərində belə malların satışı aşkar olunarkən vasitələr satışdan çıxarılır, satan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilib. 

Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.  

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.

Bakı şəhər İcra Hakimiyyətinin başçısının partlayıcı maddə və təhlükəli oyuncaqların satışının qadağan edilməsi ilə bağlı 2001-ci ildə müvafiq Sərəncamı var. Sərəncamın tələblərinə uyğun olaraq, partlayıcı oyuncaq və pirotexniki vasitələrinin satışının qarşısının alınması istiqamətində, izahat, maarifləndirmə tədbirləri davam etdirilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər