İçərişəhərdə istirahət etməli ən yaxşı restoranlar - SİYAHI

Qədim şəhərin ən maraqlı restoranları

İçərişəhər kimi gözəl, qədim və insana dinclik bəxş edən bit yerə sahib olduqlarına görə bakılıların bəxti gətirib desək, səhv etmərik. Bura təkcə Bakı sakinlərinin deyil, turistlərin də ən çox getdiyi məkanlardan biridir. İçərişəhər son illərdə yeni restoranlar, istirahət məkanları açıldığına görə xüsusilə cəlbedici olub. 

Bakucity.az bu qədim məkdanda istirahətinizi daha da gözəlləşdirəcək restoranların qısa siyahısını hazırlayıb. Bu məkanlar öz konseptləri və yanaşma tərzləri ilə bir-birlərindən fərqlənirlər.  

“Han” restoranı

“Han restoranı” 300 nəfərlik zalı, 9 “VIP” otağı olan İçərişəhərin ən böyük ailəvi restoranıdır. Burada siz Türk, Azərbaycan və Avropa təamlarından dada bilərsiniz. Tək 1 nəfərlik nahar və ya şam (sifarişdən asılı olaraq) 20-60 manat arasında dəyişir. Restoranın xüsusi yeməklərinə öz buğunda bişən “qabırğa dolması” və buğda bişən ciyər daxildir. Qulaq zövqünün qayğısına qalanlar, burada həftənin 4 günü muğam, 1 gün türk, 2 günü isə ingilis, türk, ərəb, rus və azərbaycan dillərində canlı musiqidən həzz ala bilərlər. Bura həmçinin qəlyan çəkənlərin də sevimli məkanıdır. 

Bakucity.az-a açıqlama verən restoranın direktoru Salman Əsmər bildirib ki, Yeni İl gecəsi tanınmış ifaçıların iştirakı ilə “Han”da möhtəşəm yeni il şousu təşkil olunacaq. Restoran Asəf Zeynallı 22 ünvanında yerləşir.   

“Qazmaq” restoranı

İçərişəhərdə tarixi memarlıq üslubunda dizayn edilən “Qazmaq” ailəvi restoranı Kiçik Qala 124 ünvanında yerləşir.

Müştərilərə milli mətbəx təamlarını təklif edən restoranın tutumu 70 nəfərlikdir. Burada arzu olunan sənətçilərin iştirakıyla banket, Yeni İl şənlikləri keçirilir. Restoranın admnistratoru Cavid Cavadov deyir ki, qarşıdan gələn Yeni İldə “Qazmaq”da müştəriləri sadəcə konsert və bayram şənliyi yox, sürprizlər də gözləyir. 

“Manqal” restoranı

İçərişəhərdə istirahət üçün ən münasib məkanlardan biri də “Manqal” restoranıdır. Restoranda hər gün canlı musiqi səslənir. Mətbəxə isə milli təamlar daxildir. Burada 2 nəfərlik nahar və yaxud şam yeməyinin qiyməti maksimum 30-40 manat (salat, meyvə şirəsi və ya ayran daxil olmaqla) arasında dəyişir. Məkanda spirtli içkilər verilmir. Kiçik Qala 126 ünvanında fəaliyyət göstərən restoran hal-hazırda təmirə bağlanıb və Yeni İlin ilk günü Bakı sakinlərinin xidmətində olacaq.

“İçərişəhər” restoranı

“İçərişəhər” ailəvi restoranı yeni açılmasına baxmayaraq, özünü yetərincə tanıtdıra bilib. Məkanın admnistratoru Ağa Mehdizadənin dediyinə görə, müştərilər arasında məkana kollektiv şəklində gələn qadınlar çoxluq təşkil edir: “Restoranın xüsusi təamlarına xəngəl və sac setimiz daxildir. Restoranın zalı 45 nəfər üçün nəzərdə tutulub, bundan başqa 3 “VIP” kabinetimiz var. Qarşıdan gələn Yeni ildən etibarən hər həftə yerli ulduzların iştirakıyla şou proqramlarımız olacaq. Burada 2 nəfərlik nahar və ya şam yeməyi maksimum 30-35 manata başa gəlir”. 

Restoran Şeyx Şamil 34A, Yeni bəy hamamının yaxınlığında yerləşir.

“Bürc qala” restoranı

“Bürc Qala” restoranı 4 zaldan ibarətdir. Ümumi tutumu isə 60 nəfərlikdir. Burada həftəiçi 2 nəfərlik səhər yeməyi sifariş edənə, çay ikram edilir. 2 nəfərlik set isə 19 AZN-ə başa gəlir. Restoranda siqaret və qəlyan üçün terras ayrıdır. 

“Bürc Qala”nın xüsusi yeməklərinə sacda bişirilmiş pomidor-yumurta və sacda bişirilmiş can əti-nar qovurması daxildir. Banket üçün masa qiymətləri 50-70, premium menyu isə 150 manat təşkil edir. “Bürc Qala”nın əməkdaşı Elvin Qasımov qeyd edib ki, Yeni İl şou proqramı restoranın 2-ci terras zalında keçiriləcək. Bayram menyusu 1 nəfər üçün 50 AZN təşkil edəcək.

"Terrace Garden" restoranı

Müştərilərə milli və Avropa mətbəxinin təamlarını təklif edən məkanın özəlliyi yay və qış mövsümlərində açılıb-bağlanan terrası və “Qız qalası” ilə Xəzər dənizinə baxan 58-60 nəfərlik zallarıdır. Məkanda tez-tez endirim kampaniyaları həyata keçirilir. Məkanın administratoru Murad Abdullayev bildirib ki, restoranda yay-yaz aylarında masa mütləq rezerv edilməlidir, əks halda yer tapmaq çətin məsələdir. Ümumiyyətlə isə, burada 1 nəfərin şam yeməyi sifarişdən asılı olaraq 25-60 manat arasında dəyişir.

“Köhnə şəhər” restoranı

“Köhnə Şəhər” ailəvi restoranı adından da məlum olduğu kimi, köhnə üslubda dizayn edilib. Bura səhər saatlarından axşam saat 10-a, uzağı isə 11-ə qədər fəaliyyət göstərir. Səbəb bu məkanın əsasən gündüz saatlarında istirahətə çıxan uşaqlı ailələr üçün nəzərdə tutulmasıdır. Məkanın günortadan sonrakı müştəriləri əsasən turistlər olur. Restoranda milli və Avropa mətbəxindən isti yeməklər, soyuq qəlyanaltılar və müxtəlif qoxulu çaylardan dəmlənmiş xüsusi çay dəsgahları verilir.

Vəli Məmmədov 24 ünvanında yerləşən restoranın hər biri 30 nəfərlik tutumlu 2 zalı, 12-8-6 nəfərlik isə 3 “VIP” kabineti var.  

“Le Kebab - Old City Restaurant”

Milli və avanqard üslubların qarışıq formasında dizayn edilən restoran 2 mərtəbədən, 3 zaldan və “VIP” otaqdan ibarətdir. Burada həmçinin ürəyi istəyənlərin oturması üçün 2 nəfərlik balkon da var. 

“Le Kebab” restoranında banket menyuları  35, 45, 55 AZN arasında dəyişir. 31 dekabrda məkanda musiqili “Yeni il” gecəsi proqramı baş tutacaq. Gecədə DJ, canlı ifalar, rəqs qrupları, lotereya və hədiyyəli oyunlar olacaq. 69 manatlıq "fiks" menyudan savayı, hər masaya şampan da hədiyyə ediləcək. 

Sabir küçəsində yerləşən bu məkam 1848-ci ildə inşa olunub. 

“Salam Baku” restoranı

Görünüşcə köhnə şəhəri xatırladan 3 mərtəbəli restoranın hər mərtəbəsində xüsusi dizayn həyata keçirilib. Restoranın 2-ci mərtəbəsində tütün məmulatlarından istifadə qadağandır. Burada hər gün muğənni Zülfi Əsədzadə canlı ifalar səsləndirir. Turistlərin və gənclərin sevimli məkanı olan “Salam Baku”da 8 kiloluq quzu kababı restoranın xüsusi təamıdır. Həmçinin restoranın özünün xüsusi parkinq yeri var. Verilən məlumata görə, restoranın Yeni İl proqramında daimi müştərilərə güzəştlər ediləcək

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

restoranlar Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Siyasət
“Güc Birlikdədir” şüarı forumun məqsədini açıq göstərir 2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib. BakuCity.az xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırı...
Siyasət
"Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı" "Məzahir Pənahovun demokratlığı bizim dairənin başında çatladı". BakuCity.az xəbər verir ki, bunu deputatlığa namizəd Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Məlum səbəbdən digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb təhlil edirəm... Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı...
Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az
Cəmiyyət
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. BakuCity.az  Report-a istinadən xəbər verir ki,  rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib. Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çı...
Cəmiyyət
Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuz həyata keçirilir Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib. Ş.Eyvazov bildirib ki, y...
Mədəniyyət
Türkiyənin məşhur rok ifaçısı Bakıda ilk dəfə 14 Fevral – Sevgililər Günündə konsert verib BakuCity.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarına cavab verən məşhur rok ifaçısı Teoman 14 fevralın onun üçün önəmli olmadığını deyib: “Əslində, Yeni il, Sevgililər günü və sairə kimi qeyd edilən özəl günlərin mənim üçün heç bir önəmi yoxdur.  Sadəcə dinləyicilərim üçün önəmlidir deyə bu günlərdə daha gözəl konsertlər verirəm. Bu gün də verəcəyimi...
Cəmiyyət
İntiharın qarşısı Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.  Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib.  BakuCity.az APA-ya istinadən xəbər verir ki, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə...