Bakıda makiyaj üzrə dünya çempionatı keçiriləcək - FOTO

Bakıda makiyaj üzrə dünya çempionatı keçiriləcək - FOTO, Javid

Əvvəlki dünya çempionatları Dubay və Vodisedə keçirilib

Bakucity.az xəbər verir ki, 2019-cu il fevralın 10-da Azərbaycanın paytaxtında “World Beauty Congress”in (WBC) təşkilatçılığı ilə toy saç düzümü və makiyajı üzrə dünya çempionatı keçiriləcək.

WBC-in qaydalarına uyğun olaraq, əgər hər hansı ölkədə təşkilatın rəsmi nümayəndəsi yoxdursa, WBC-in beynəlxalq sinfinin hakimləri: Geniya Rozen (Rusiya), Qyozo Krizsan (Macarıstan), Fatimə Əkbər (Azərbaycan) və digərləri bu ölkələrdə nümayəndə qismində sərgilərdən və ya sosial şəbəkələrdən tanınmış şəxsləri seçirlər. 

WBC-in rəsmi nümayəndəsi olmayan ölkələrdən bu yarışa ən çox üç iştirakçı qatıla bilər. (Oxu.az)

Bakucity.az

makiyaj üzrə dünya çempionatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər