Bakıda saxta pul əməliyyatı – Saxlanılan var

Bakıda saxta pul əməliyyatı – Saxlanılan var, Javid

Bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

Verilən məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər