"Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO

"Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO

Sənədli filmdə Azərbaycanın işğal olunmuş ərazilərinin görüntüləri də yer alıb. 

Bakucity.az xəbər verir ki, bu tarixi film Azərbaycanın bir neçə yüzillik tarixini öyrənməyə imkan yaradır.

Film Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə əməkdaşlığı nəticəsində ortaya çıxıb. "Virtual Qarabağ" İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən çəkilən film birbaşa Dağlıq Qarabağ və Azərbaycanla bağlı tarixi faktları əks etdirir.

Sənədli filmin əsas məsləhətçisi, layihə müəllifi və rəhbəri Nurəddin Mehdiyevdir. Filmin ərsəyə gəlməsində AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun, tarixçilər Nazim Mustafayev və Ramin Əlizadənin əsərlərindən istifadə edilib. Filmin prodüsseri isə Teymur Nəcəfzadədir.

Təqdimatda çıxış edən Nurəddin Mehdiyevin sözlərinə görə, filmin ərsəyə gəlməsinə 9 ay vaxt sərf olunub. O həmçinin qeyd edib ki, layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Gəncliyi" Dövlət Proqramı çərçivəsində reallaşıb. 

"Filmin müstəsna cəhətlərindən biri də tarixi faktlara və sübutlara əsaslanmasıdır", - deyə Nurəddin Mehdiyev bildirib.

Təqdimat zamanı həmçinin "Virtual Qarabağ" İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzi "Virtual Cəbrayıl turu"nu əks etdirən 3D qrafik təsvirlərini nümayiş etdirib. 

Qeyd edək ki, tədbirdə bir sıra dövlət xadimləri, rəsmi şəxslər, alimlər və digərləri iştirak ediblər. 

Hazırladı: Cəmilə Amirova

Bakucity.az

"Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-1 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-2 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-3 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-4 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-5 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-6 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-7 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-8 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-9 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-10 "Qarabağ: əcdadlarımızın mirası" adlı film təqdim edildi - FOTO, fotoşəkil-11
"Qarabağ: əcdadlarımızın mirası"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər