Bakıda altı direktor işdən çıxarıldı - RƏSMİ AÇIQLAMA

Bakıda altı direktor işdən çıxarıldı - RƏSMİ AÇIQLAMA, Javid

Dövlət qurumu məsələ barəsində açıqlama verdi 

Bakucity.az-ın xəbərinə görə, Bakıda fəaliyyət göstərən altı məktəb direktoru işdən çıxarılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb, altı direktorun əmək müqaviləsinə xitam verilib.

İdarədən bildirilib ki, Bakı şəhəri 231 nömrəli tam orta məktəbdə direktor vəzifəsi vakantdır:

“Məktəbin fəaliyyətinin idarə edilməsi məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, çalışmanın yaş həddinə çatması ilə əlaqədar çalışma müddəti tədris ili çərçivəsində BŞTİ tərəfindən uzadılmış Əsədullayeva Nabatxanım Hafiz qızına həvalə olunub”. (Oxu.az)

Bakucity.az

Direktor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər