Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili gecə keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili gecə keçirildi - FOTO

Tədbir azərbaycanlıların həmrəyliyi gününə həsr edilib.

Bakucity.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. 

Tədbirdə Milli Məclisin deputatları, regional qurumlar və təşkilatlar, elmi və təhsil müəssisələri, gənclər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və 2018-ci ildə görülən işlərə, gələcək layihələrə toxunub.

Sonra isə tədbirdə xalq artistləri Mənsum İbrahimov, Ənvar Sadıqov, Nəzakət Teymurova, Murad Hüseynov, Emil Əfrasiyab, Eytram Hüseynov və pianoçu Nizami Əliyevin iştirakı ilə konsert keçirilib. Konsertdən fotoları təqdim edirik. 

Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili gecə keçirildi - FOTO, fotoşəkil-1 Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili gecə keçirildi - FOTO, fotoşəkil-2 Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili gecə keçirildi - FOTO, fotoşəkil-3 Beynəlxalq Muğam Mərkəzində ədəbi-musiqili gecə keçirildi - FOTO, fotoşəkil-4

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

Beynəlxalq Muğam Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər