İntiqam Babayev Şəhərin mərkəzində qəzaya düşüb
Bakucity.az xəbər verir ki, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşüb.
İ.Babayev mərkəzin qarşısında "BMW" markalı, 10-AR-009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən "Nissan Tida" markalı avtomobil "BMW"nin qapısına çırpılıb.
Nazir müavini xəsarət almasa da, avtomobilə ziyan dəyib. (Bakupost)
Bakucity.az