Üçüncü dəfə ərə getmək istəyən bacısını öldürdü - Bakıda qətl

Üçüncü dəfə ərə getmək istəyən bacısını öldürdü - Bakıda qətl, Javid

Elşad Davudov bacısını namus üstündə öldürdüyünü deyib

Bakucity.az xəbər verir ki, qətldə təqsirləndirilən Elşad Davudov cəzasının azaldılması üçün Ali Məhkəməyə şikayət edib.  

O, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Qeyd edək ki, ötən il aprelin 17-də Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün Elşad Davudov bacısı Turanə Davudovanı (1982-ci il təv.) yaşadığı evdə bıçaqlayıb.

Xəstəxanaya çatdırılan qadın orada kəskin qanitirmədən dünyasını dəyişib, Elşad Davudov həmin gün saxlanılıb və istintaqa təqdim edilib. 

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 34 yaşlı Davudova Turanənin həyat yoldaşı Taleh Rəhmanov həmin il yanvarın 28-də həyətdə özünü asaraq, intihar edib.

Aydınlaşdırılıb ki, Rəhmanov mərc oyunlarına qurşanıb və “TopAz” oyunlarındakı hesablara görə kimlərəsə borcları yaranıb. Yoldaşının ölümündən sonra qadın üç övladı ilə birlikdə kirayədə yaşayıb. 

İş üzrə dindirilən Elşad Davudov bildirib ki, bacısını namus üstündə qətlə yetirib. Onun sözlərinə görə, mərhum üçüncü dəfə ərə getməklə doğmalarının qəzəbinə səbəb olub, buna görə o, Turanəni cəzalandırmaq qərarına gəlib. Ayın 17-də evinə gələrək dava-dalaş salıb və bacısının döş qəfəsi nahiyəsinə sarsıdıcı zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər