Bakı Yeni ili qarşılamağa hazırlaşır

Bakı Yeni ili qarşılamağa hazırlaşır

Bunun üçün paytaxt xüsusi dizaynla bəzədilib. 

Bakucity.az xəbər verir ki, 2019-cu ilin gəlişi münasibəti ilə paytaxtda aparılan Yeni il hazırlıqları bitmək üzrədir. Ən böyük (37 metr) şam ağacı isə Azadlıq meydanında qurulub. Bakının park və xiyabanları, yollar, küçələr də bəzədilib.

Bayram ərəfəsində Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir. Ərazidə qurulan pavilyonlar uşaqlardır üçün əylənmək və hədiyyə almağa yaxşı fürsət yaradır. 

Kukla Teatrının arxasında yerləşən meydanda da sakinlərə bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını isə canlı musiqi, maraqlı sürprizlər gözləyir.

Bakucity.az

2019 yeni il
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər