Qara Qarayevin yaradıcılığı haqqında Bakıda kitab çap olundu

Qara Qarayevin yaradıcılığı haqqında Bakıda kitab çap olundu, Javid

Kitab kütləvi kitabxanalara paylanılacaq

Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” kitabı çap edilib. Kitab Azərbaycan Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Nazirlikdən bildirilib ki, 3 fəsildən ibarət kitabda Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edilir.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Bakucity.az

Qara Qarayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər