Mütəxəssislər yolun hansı səbəbdən çökdüyünü araşdırır
Bakucity.az xəbər verir ki, bir neçə gün əvvəl Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda problem dekabrın 23-də həll olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib:
“Yolun çökməsi bir neçə gün öncə baş verib və yaranan problem aradan qaldırılıb. Çökməyə səbəb isə həmin yerə suyun sızması olub. Hazırda mütəxəssislər tərəfindən araşdırma aparılır”.
Bu yolda yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, 1860 mm enliyində olan kanalizasiya kollektorunun sızması nəticəsində asfalt-beton örtüyü tamamilə çökmüşdü.