Bakının bu rayonunda su kəsiləcək

Bakının bu rayonunda su kəsiləcək, Javid

Qurum abunəçilərdən üzr istəyib. 

Bakucity.az xəbər verir ki, Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. 

Məlumatda deyilir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər