Hazırlıq prosesinə Bakıda start veriləcək
Bakucity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə" futbol klubunun qış toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarından üçündə rəqibləri müəyyənləşib. hazırlıq prosesinə Bakıda start veriləcək.
Komanda üzvləri yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. İki həftə ərzində 4 matçın keçirilməsi nəzərdə tutulub.
"Keşlə" yanvarın 17-də Qazaxıstan "Okjetpes"i, yanvarın 13-də Rumıniya "Konkordiya"sı, yanvarın 25-də Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.
Qeyd edək ki, "Keşlə" mövsümün ilk yarısını 12 xalla 7-ci pillədə tamamlayıb.
Bakucity.az