Bakıda yeni sərnişin avtobusları istifadəyə verildi - FOTO

Bakıda yeni sərnişin avtobusları istifadəyə verildi - FOTO

2 marşrut xəttində yeni avtobuslar istifadəyə verilib

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) 64 və 81 müntəzəm marşrut xətləri istiqamətində yeni avtobusları istifadəyə verib.

Bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.

Qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq, - BNA-nın açıqlamasında bildirilir.

Xatırladaq ki, BNA dekabrın 24-də ölkəyə gətirilmiş yeni avtobusların təqdimatını keçirib.

Bakıda yeni sərnişin avtobusları istifadəyə verildi - FOTO, fotoşəkil-1 Bakıda yeni sərnişin avtobusları istifadəyə verildi - FOTO, fotoşəkil-2 Bakıda yeni sərnişin avtobusları istifadəyə verildi - FOTO, fotoşəkil-3

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər