Bakı ən yaxşı turizm şəhərləri arasında ilk 10-luğa düşdü

Bakı ən yaxşı turizm şəhərləri arasında ilk 10-luğa düşdü, Javid

Ən yaxşı turistik MDB şəhərlərinin siyahısı hazırlanıb

Bakucity.az xəbər verir ki, turizm sahəsi ilə bağlı araşdırmalar aparan Rusiya analitik agentliyi - “TurStat” 2019-cu ilin qış mövsümündə MDB-nin ən yaxşı turizm şəhərlərinin reytinq cədvəlini hazırlayıb.

İlk 10-luqda Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), İrəvan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) şəhərləri yer alıb. 

Reytinq cədvəli turizm səfərlərinin sayı əsasında tərtib olunub. 

Məlumatda həmçinin deyilir ki, turistlər arasında daha çox Belarusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak turizm mərkəzləri məşhurdur. 

İstirahətə gedənlər ucuz turlar üçün Özbəkistan və Moldovanı, alış-veriş üçün Bakı və Astananı seçirlər. Səfərlər adətən 3-7 gün çəkir. Turistlərin gündəlik xərci 50-100 ABŞ dolları arasında olur. (Report)

Bakucity.az

Bakı MDB
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər