Prezident və xanımı yaşayış kompleksinin açılışında

Prezident və xanımı yaşayış kompleksinin açılışında , Javid

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak edib

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər.

Sonra dövlət başçısı və xanımı ərazidə ümumi sahəsi 15,4 hektar olacaq yeni yaşayış kompleksinin təməlini qoyublar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonu ərazisində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olublar.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər