Rusiyalı skripkaçının iştirakı ilə konsert proqramı
Bakucity.az xəbər verir ki, dekabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm konserti keçirilib.
Orkestrin baş dirijoru və bədii rəhbəri Xalq artisti Rauf Abdullayev olub. Konsertdə beynəlxalq müsabiqələrin laureatı, rusiyalı skripkaçı Sergey Doqadin solistlik edib.
Konsertdə Hektor Berlioz və Pyotr Çaykovskinin əsərləri səsləndirilib.
Konsertdə Hektor Berliozun 5 hissədən ibarət simfoniyası: “Xəyallar – Ehtiraslar”, “Bal səhnəsi”, “Tarlalarda səhnə”, “Edama yürüş” yer alıb.
P.İ.Çaykovskinin skripka və orkestr üçün sinmfoniyaları bəstəkar İsveçrədə yaşadığı zaman, 1878-ci ildə yazılıb.
Konsert üç hissədən - “Allegro moderato - Moderato assai”, “Canzonetta. Andante”, “Finale. Allegro vivacissimo” ibarət olub.