Bakıda səkkizinci sinifdə oxuyan qız qaçırıldı

Bakıda səkkizinci sinifdə oxuyan qız qaçırıldı , Javid

Xəzər rayonunda səkkizinci sinifdə oxuyan qızı qaçırıblar

Bakucity.az xəbər verir ki, hadisə Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə baş verib. Bildirilir ki,  iki ildir sözügedən məktəbdə oxuyan qızın atasıyla anası bir müddətdir ayrılıbmış. Qızın Şəfəq Məmmədova (ad və soyad şərtidir-İ.V.) anası isə ikinci dəfə ailə qurubmuş. Ehtimal edilir ki, qızın atalığıyla münasibətlərində problem olub. 

230 saylı orta məktəbin direktoru Təhmasib Məmiyev isə əməkdaşımızla söhbətində bildirib ki, hadisə dərs zamanı baş verməyib:

"Faktı polis araşdırır. Amma mən sizə Baş Təhsil İdarəsinin icazəsi olmadan heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin uşaq dərsdən sonra qaçıb". (Ölkə.az)

Bakucity.az

Qız qaçırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər