Bakıda bu yüksək vəzifədə 22 yer boş qalıb

Bakıda bu yüksək vəzifədə 22 yer boş qalıb

Direktor olmaq istəyənlər üçün şans.

Bakucity.az xəbər verir ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 ümumi təhsil müəssisəsində direktor vəzifəsi vakantdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 11 vakansiya üzrə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə başa çatmış müsabiqənin nəticələrinə əsasən uğur qazanmış namizədlərin təyinatları gözlənilir.

“Digər 11 vakansiya üzrə Təhsil Nazirliyi tərəfindən yaxın günlərdə müvafiq vəzifələrə işə qəbul üçün elan edilmiş növbəti müsabiqəyə təqdim edilib”, - deyə idarədən qeyd edilib. (Oxu.az)

Bakucity.az

Direktor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər