Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları

 Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, Javid

Açılış mərasimində prezident və xanımı iştirak ediblər

Bakucity.az-ın xəbər verdiyi kimi, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak etdilər.

Açılışı olan Yasamal yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında kompleksin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir. Kompleksdə mənzillərin ümumi sayı 1843 ədəddir. Burada 324 birotaqlı, 1052 ikiotaqlı, 467 üçotaqlı mənzil var. Birotaqlı mənzillərin sahəsi 34, ikiotaqlı mənzillərin sahəsi 58, üçotaqlı mənzillərin sahəsi isə 71 kvadratmetrə yaxındır. Mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb. Bu mənzillərdən 278-nin alqı-satqısı artıq başa çatıb.

Onu da deyək ki, mənzillərin təmiri və kompleksin tikintisində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır. İnşaat işləri zamanı burada 1500-ə yaxın işçi çalışıb.

Kompleksin nəqliyyat infrastrukturunun yaradılması da diqqət mərkəzindədir. Ərazi paytaxtın əsas nəqliyyat şəbəkəsinə və metronun “İnşaatçılar” stansiyasına yaxındır. Bakı Nəqliyyat Agentliyi tərəfindən yaşayış kompleksinə şəhərin 4 müxtəlif istiqamətində marşrut xətlərinin açılması nəzərdə tutulub. (Qafqazinfo)

Fotoları təqdim edirik: 

 Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-1  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-2  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-3  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-4  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-5  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-6  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-7  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-8  Bu gün Bakıda açılışı olan sosial evlərin fotoları, fotoşəkil-9

Bakucity.az

Sosial evlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər