Manitorinq təhsil müəssisələrinin II, IV, VI və VIII sinifləri üzrə keçirilib.
Bakucity.az xəbər verir ki, BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək və müvafiq tədbirlər görməkdir.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən monitorinqdə şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.
Nəticələr yaxın günlərdə açıqlanacaq.
Bakucity.az