“Bəşəri zəkanın rus dahiləri” kitabı işıq üzü görüb
Bakucity.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Bəşəri zəkanın rus dahiləri” kitabı işıq üzü görüb.
Topluda böyük rus yazıçıları L.N.Tolstoy, A.P.Çexov, A.S.Qriboyedov, M.Qorki, V.V.Mayakovski, habelə tanınmış rus pedaqoqları A.S.Makarenko, D.K.Uşinski, A.O.Çernyayevski, A.V.Suxomlinski haqqında esselər və elmi tədqiqat yazıları yer alıb.
Qeyd edək ki, bu nəşr müəllifin rus klassikləri haqqında sayca 6-cı kitabıdır. (AzərTac)
Bakucity.az