“Bakıdakı finalda “İnter”in qalib olmasını istərdim” - Krespo

“Bakıdakı finalda “İnter”in qalib olmasını istərdim” - Krespo

“20 ildi bu komanda Avroliqada qalib gəlmir”.

Bakucity.az xəbər verir ki, məşhur argentinalı veteran futbolçu Ernan Krespo Bakı səfərində azarkeşlərin bəzi suallarına cavab verib. 

Belə ki, ona verilən “Bakıdakı Avropa Liqasının finalında "Çelsi" və "İnter" qarşılaşsa, hansına azarkeşlik edəcəksiniz?” - sualına E.Krespo belə cavab verib:

“Çətin seçimdir. "Çelsi"də 2, "İnter"də 4 mövsüm oynamışam və hər iki klubda mənə çox gözəl münasibət bəsləyiblər. Amma baxmaq üçün çox rahat oyun olardı. Çünki sonda kimin qalib gəlməsindən asılı olmayaraq, sevinərdim. Seçim etməli olsaydım "İnter" deyərdim. Çünki 20 ildi bu komanda Avroliqada qalib gəlmir. Bu qələbə İtaliya futbolu üçün böyük uğur olardı.

O, həmçinin Libertadores Kuboku və Çempionlar Liqasının finalında sərgilədiyin pətformansından danışıb:

“Bunların hər ikisi çox gərgin və ehtiraslı yarışdır. Libertadores Kuboku uşaq vaxtımdan çox sevdiyim və nə vaxtsa iştirak etməyi arzuladığım turnirdir. Çempionlar Liqasını isə artıq bir qədər böyüdükdən sonra izləməyə və sevməyə başlamışam. Çünki mən uşaq olanda o hələ Çempionlar Kuboku adlanırdı və Argentinada məşhur deyildi. Peşəkar futbolçuya çevriləndən sonra və Çempionlar Liqasında oynamağa başladıqda təbii ki, orda da qalib gəlmək istəyirdim. Çox şadam ki, hər iki turnirin finalında oynamaq və qol vurmaq imkanına malik olmuşam”, deyə bildirib. 

Bakucity.az

Ernan Krespo
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər