Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi qeyd ediləcək

Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi qeyd ediləcək

Mərkəzin yaradılmasından 10 il ötür.

Bakucity.az xəbər verir ki, dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində yubiley  tədbiri keçiriləcək.

Tədbir öncəsi mərkəzin muzey hissəsində “Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında “İnteraktiv lövhələr” təqdim ediləcək. Daha sonra isə “Müasir musiqi alətləri ekspozisiyası”nın təqdimatı keçiriləcək və foyedə “Əsrlərin sədası” ansamblı çıxış edəcək.

Yubiley mərasimi Mərkəzin salonunda muğam konserti ilə davam edəcək.

Bakucity.az

konsert Muğam mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər