"Keşlə" Məmmədi də göndərdi

"Keşlə" Məmmədi də göndərdi

Komanda daha bir futbolçu ilə vidalaşıb.

Bakucity.az xəbər verir ki, paytaxt təmsilçisi Məmməd Quliyevlə yollarını ayırıb. Belə ki, yarımmüdafiəçi ilə 2019-cu ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Quliyev qış fasiləsində “Keşlə”dən göndərilən 6-cı futbolçudur. Ona qədər komandadan Herve Tçami, Georgios Georgiadis, Bahodir Nasimov, Ebrima Sohna və Elnur Cəfərov gediblər.

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər