Bakı Kitab Mərkəzində yazıçı Kamal Abdulla ilə görüş keçirildi - FOTO

Bakı Kitab Mərkəzində yazıçı Kamal Abdulla ilə görüş keçirildi - FOTO

Görüş “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində baş tutub

Bakucity.az-a mərkəzdən verilən məlumata görə, dekabrın 26-da Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində yazıçı, ictimai xadim, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə görüş keçirilmişdir.

Görüşdə K.Abdulla Bakı Kitab Mərkəzində çıxış etmək fürsətinə görə məmnunluğunu bildirib. Tədbirə gələn çoxsaylı tələbələrin, pərəstişkarların suallarını cavablandıran yazıçı, dünyanın dahiyanə ədəbi abidələrindən “Dədə Qorqud” dastanına baxışından, mifologiyanın bugünkü həyatımıza təsirindən, ədəbiyyata gəlməyindən danışdı və ən sevimli şeirlərini oxudu. Görüşün axırında K.Abdulla oxucular üçün kitablarını imzaladı.

Bakucity.az

Bakı Kitab Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər