Məşhur türk müğənninin Bakı ilə bağlı xüsusi istəyi

Məşhur türk müğənninin Bakı ilə bağlı xüsusi istəyi

Sıla xahiş edib ki, ona Bakını gəzməyə şərait yaratsınlar

Bakucity.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sıla Gencoğlunun Azərbaycana gəlmə vaxtında dəyişiklik olub. Bu, sənətçinin xüsusi istəyi ilə olub.  Sıla planlaşdırıldığı kimi dekabrın 29-da yox, 28-də Bakıya təşrif buyuracaq.

Müğənni təşkilatçılardan xahiş edib ki, ona Bakını gəzməyə şərait yaratsınlar. Sənətçi şəhərin tarixi məkanlarını görmək, Azərbaycanın milli mətbəxinə məxsus yeməkləri dadmaq niyyətindədir.

Qeyd edək ki, Sıla şənbə günü Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. (Qafqazinfo)

Bakucity.az

Sıla
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər