Qadının həyatını xilas etmək mümkün olmayıb.
Bakucity.az xəbər verir ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxt sakini Eldarov Ülvi Biləcəri qəsəbəsi Natavan küçəsi ilə hərəkətdə olarkən qəsəbə sakini Süleymanova Könülü vurub.
Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Bakucity.az