“Qızıl Buta” milli mükafatı Bakıda təqdim edildi - FOTO

“Qızıl Buta” milli mükafatı Bakıda təqdim edildi - FOTO, Javid

“Qızıl Buta” milli mükafatı sahiblərinə təqdim edilib

Bakucity.az xəbər verir ki, dekabrın 26-da Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi “Qızıl Buta” milli mükafatının təqdimat mərasimi olub.

Tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DAİM-in sədri Zaur Mirzəzadə çıxış edərək hər il ənənəvi olaraq reallaşan təqdimat mərasimi haqqında məlumat verib. Deyib ki, bu mükafat respublikamızın həyatında aktiv fəaliyyət göstərən müvafiq sahənin nümayəndələrinə təqdim edilir.

Qeyd edib ki, budəfəki sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən respondentlər arasında aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunub.

“Qızıl Buta” milli mükafatı sahiblərinə təqdim edilib. (Azertac)

Bakucity.az

Qızıl Buta
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər