Bakıda qız üstündə kütləvi dava: bir nəfər bıçaqlandı

Bakıda qız üstündə kütləvi dava: bir nəfər bıçaqlandı, Javid

Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakucity.az xəbər verir ki, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində bir qrup gənc arasında mübahisə düşüb və Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Ülvi Səfərliyə bıçaqla xəsarət yetirilib.

O, xəstəxanaya aparılıb və təcili tibbi yardım göstərilib. Gəncin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, gənclər arasında baş verən dava qız üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb. (Oxu.az)

Bakucity.az

Hadisə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər