Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO

Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, Javid

Fleşmob şəhər sakinlərinin diqqətini cəlb edib

Bakucity.az xəbər verir ki, dekabrın 22-də Bakının mərkəzində yerləşən Fəvvarələr meydanında Amapola Exclusive Events şirkətinin təşkilatı dəstəyi ilə “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası çərçivəsində, fleşmob keçirilib. 

Fleşmobun keçirilmə ideyası Amapola Exclusive Events şirkətinə aiddir, məqsədi isə yarmarkanın xeyriyyə fəaliyyətinin ümumi ictimai maraq çərçivəsində faydasını qabartmaq, müsbət fikir dalğalanması yaratmaq və daha çox insanın yarmarkada aktiv iştirakını təmin etmək olub.

Yarmarka ziyarətçilərinin motivasiyasını daha yüksək etmək üçün fleşmob iştirakçıları “Nargis Fund”-un dəstəyi ilə  üzərində  artıq sağalmış körpələrin şəkilləri yerləşdirilmiş T-shirtlər  geyinmişdilər. Eyni zamanda yarmarka qonaqlarına müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsi haqqında  informasiya xarakterli flayerlər paylanıb. (Qafqazinfo)

Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, fotoşəkil-1 Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, fotoşəkil-2 Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, fotoşəkil-3 Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, fotoşəkil-4 Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, fotoşəkil-5 Fəvvarələr meydanında möhtəşəm fleşmob keçirildi - FOTO, fotoşəkil-6

Bakucity.az

Fəvvarələr Meydanı Fleşmob
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər