Xankəndinin işğalının 27-ci ildönümü ilə əlaqədar paytaxtda konsert təşkil edilib.
Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xankəndinin işğal olunmasının 27 illiyi ilə bağlı xatirə gecəsi keçirilib.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, bədii rəhbər və baş dirijor, xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında xarici bəstəkarların əsərlərini ifa ediblər.
Gecədə J. Massenin "Meditation", F. Şubertin "Ave Maria" əsərləri, V. A. Motsartın simfoniyası və paytaxtda ilk dəfə P. Warlockın "Capriol Suite" əsəri səsləndirilib.
Konsertdə Azərbaycanın əməkdar artisti Fəridə Məmmədova (soprano) və Səid Məmmədov (skripka) çıxış edib.