Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi - FOTO/VİDEO

Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO

Paytaxtda musiqiçinin xatirəsinə həsr olunmuş möhtəşəm gecə təşkil edilib.

Bakucity.az xəbər verir ki, dekabrın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyük zalında görkəmli violin ifaçısı, “Şöhrət” ordenli Xalq artisti Sərvər Qəniyevin 80 illiyinə həsr edilən tədbir keçirilib. 

Gecədə yalnız tanınmış ifaçılar deyil, gənc  və istedadlı azərbaycanlı musiqiçilər də iştirak ediblər.

Konsertdə Azərbaycanın xalq artisti, professor, dirijor Cavanşir Cəfərov; beynəlxalq və respublika müsabiqələrinin laureatları, prezident təqaüdçüləri Narqiz Hüseynzadə (skripka), Zərrin Əliyeva (skripka); milli və beynəlxalq müsabiqələrin laureatları və başqaları çıxış ediblər.

Axşamın aparıcısı isə musiqişünas Nərgiz Kərimova olub.

Tanınmış qonaqlar arasında Sərvər Qəniyevin ailə üzvləri, Türkiyədən xüsusi qonaqlar, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri və digərləri iştirak edirdilər.

"S.Qəniyev müqayisə olunmaz görkəmli şəxsiyyət idi. O, hər il 100-ə yaxın konsert verə bilərdi. Məktəbimizdə bu parlaq musiqiçinin xatirəsinə gecə keçirmək bizim üçün böyük şərəfdir", - deyərək məktəbin müdiri, Azərbaycan Respublikasının əməkdar artisti Əziz Qarayusifli Bakucity.az-a bildirib.

“Musiqi atam üçün hər şey idi. O, yaşadı və hər kəsə gördüyü işdən zövq almaq nümunəsi ilə ilham verdi. Atam üçün belə bir xatirə gecəsi keçirildiyinə görə çox xoşbəxtəm", - deyə Toğrul Qəniyev qeyd edib.

“Bu gecəni təşkil etmək mənim üçün şərəfdir. Çünki Sərvər bəy mənim sadəcə əziz müəllimim, yol göstərənim yox, həm də həmişə yanımda olan, düzgün yolu göstərən və kömək edən dostum idi. Hələ də onun təlimatlarını qəlbimdə saxlayıram. O, Azərbaycan musiqisini həmişə layiqincə təbliğ etmiş insandır", - deyə Azərbaycanın əməkdar müəllimi, professor, sənətşünaslıq doktoru Hokumə Əliyeva bildirib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə yerli musiqiçilərlə yanaşı, dünya bəstəkarlarının sevilən əsərləri səsləndirilib. 

Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-1 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-2 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-3 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-4 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-5 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-6 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-7 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-8 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-9 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-10 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-11 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-12 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-13 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-14 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-15 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-16 Bakıda Sərvər Qəniyevin xatirə gecəsi keçirildi -  FOTO/VİDEO, fotoşəkil-17

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün 

Sərvər Qəniyev - yubiley
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər