Bakıda "2018-ci il yubileyləri"

 Bakıda "2018-ci il yubileyləri"

Paytaxtda "Kitablar və Yazıçılar" adlı tədbir keçirilib.

Bakucity.az xəbər verir ki, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Kitablar və Yazıcılar - 2018-ci il yubileyləri" adlı tədbir keçirilib. 

Qeyd edək ki, layihə Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyası ilə birgə həyata keçirilib.

“Rossotrudnihsestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina tədbirdə iştirak edənləri və təşkilatçıları salamlayıblar və onlara minnətdarlıq ediblər.

Tədbirin aparıcıları Sumqayıt 11 saylı məktəbinin şagirdləri Kamilla Məcidova və İqor Ştofenmaker olub. 

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

2018
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər