“Memar” sənədli filminin təqdimatı oldu - FOTO

“Memar” sənədli filminin təqdimatı oldu - FOTO

Elbay Qasımzadənin 70 illiyinə çəkilmiş “Memar” sənədli filminin təqdimatı olub.

Bakucity.az xəbər verir ki, dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar memar, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyi münasibətilə çəkilmiş “Memar” sənədli filminin təqdimatı olub.

Gecədə dövlət və hökumət üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək E.Qasımzadənin layihələndirdiyi memarlıq nümunələrinin Bakının gözəlləşməsinə, onun yeni rakursda inkişafına böyük təkan verdiyini bildirib.

Sonra nazir “Şərəf” ordenini memara təqdim edib.

Azərbaycan Memarlar İttifaqı ilə sıx əməkdaşlığından söhbət açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev isə bildirib ki, onlar gördükləri bir çox işlərdə Elbay Qasımzadənin tövsiyələrindən, məsləhətlərindən yararlanırlar. 

Tədbirdə E.Qasımzadəyə müxtəlif qurumlar adından fəxri fərmanlar təqdim olunub.

Elbay Qasımzadə isə öz növbəsində çıxış edərək göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını bildirib və qeyd edib ki, bu təkcə onun əməyinə deyil, bütünlükdə ölkəmizdə memarlara və memarlığın inkişafına verilən qiymətdir.

Sonra “Memar” sənədli filmi nümayiş etdirilib.

“Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-1 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-2 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-3 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-4 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-5 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-6 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-7 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-8 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-9 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-10 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-11 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-12 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-13 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-14 “Memar” sənədli filminin təqdimatı oldu - FOTO, fotoşəkil-15

Bakucity.az

Elmar Qasımzadə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər