Bulvarda konsert keçiriləcək

Bulvarda konsert keçiriləcək

Konsert dekabrın 29-a planlaşdırılıb.

Bakucity.az xəbər verir ki, Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə dekabrın 29-da konsert proqramı təşkil olunacaq.

Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat yayıb. Onun bildirdiyinə görə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək.

“Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. 

Bakucity.az

Konsert Bulvar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər