Bakıda restorana nadir heyvan ətini verən şəxslər cəzalandırıldı

Bakıda restorana nadir heyvan ətini verən şəxslər cəzalandırıldı, Javid

Qaydaları pozan 200-dən artıq yerli, 20 xarici vətəndaş saxlanılıb

Bakucity.az xəbər verir ki, Azərbaycanda bu il ərzində ov qaydalarını pozan 200-dən artıq yerli, 20 xarici vətəndaş saxlanılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə açıqlamasında bildirib.

Direktor qeyd edib ki, Bakıda restoranların birində müştərilərə nəsli kəsilmək üzrə olduğundan adı “Qırmızı kitab”a salınan oxatan kirpi əti verilib:

“Həmin şəxslər tapıldı və cəza tədbirləri həyata keçirildi. Həmin vətəndaşlar heyvanları restoranlara satmaq üçün ovlayırlar. Restoranlar da mənşəyi bilmədiyi heyvanın ətini istehlakçılara təqdim edir. Düzdür, restoranların qida təhlükəsizliyinə nəzarət etmək bizim səlahiyyətimizdə deyil. Gələcəkdə ola bilər ki, nazirlik bu obyektlərə xəbərdarlıq etsin. Onlar qaydalara əməl etməsələr, bağlanmaları üçün məhkəmə orqanları qarşısında iddia qaldıracağıq". (Oxu.az)

Bakucity.az

Hadisə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər